“Yeniyetmələr arasında qatlanan bıçaqlardan istifadə halları çoxalıb” – Deputatdan XƏBƏRDARLIQ

“Yeniyetmələr arasında qatlanan bıçaqlardan istifadə halları çoxalıb” – Deputatdan XƏBƏRDARLIQ

Hazırda oxunan: “Yeniyetmələr arasında qatlanan bıçaqlardan istifadə halları çoxalıb” – Deputatdan XƏBƏRDARLIQ

611067

Son illərdə Azərbaycanda gənclər, yeniyetmələr və azyaşlılar arasında zorakılıq, aqressiya və təhlükəli davranış halları ilə bağlı xəbərlərin sayında artım müşahidə olunur. Təəssüf doğuran məqam isə odur ki, bu hadisələr zamanı tez-tez kəsici-deşici alətlərdən istifadə edilir və belə cinayətləri törədənlərin yaş həddi getdikcə aşağı düşür. Artıq bu halların 7–8-ci sinif şagirdləri səviyyəsində qeydə alınması ciddi narahatlıq yaradır.

Təkcə cari ilin yanvar ayının sonundan aprel ayının sonunadək mediada yayılan məlumatlara əsasən, ölkənin müxtəlif bölgələrində ən azı 10-a yaxın belə hadisə baş verib.

Bu hadisələrə şagirdlərarası dava və bıçaqlanma, müəllimə hücum, fiziki zorakılıq, təhdid və özünə xəsarət yetirmə halları daxildir.

Son günlərdə Gəncə şəhərində yerləşən 9 saylı orta məktəbdə baş verən hadisə də problemin aktuallığını bir daha göstərir. 
 

Mövzu bu ilin əvvəlində Milli Məclisdə də müzakirə edilib. Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Müşfiq Cəfərov çıxışında gənclərin üzərində kəsici-deşici alətlər gəzdirməsini kəskin tənqid edərək, yeniyetmələr arasında bıçaqlanma hallarının artdığını vurğulayıb.


O qeyd edib ki, xüsusilə cibdə daşınan qatlanan bıçaqlardan istifadə halları çoxalıb və bu tip alətlərin satışı, daşınması və istifadəsinə məhdudiyyətlərin tətbiqi məsələsinə ciddi şəkildə baxılmalıdır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO