Şəmkirdə tövlədə güclü yanğın - Heyvanlar tələf oldu

Şəmkirdə tövlədə güclü yanğın - Heyvanlar tələf oldu

Hazırda oxunan: Şəmkirdə tövlədə güclü yanğın - Heyvanlar tələf oldu

609872

Şəmkirdə tövlədə baş verən güclü yanğın zamanı heyvanlar tələf olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Telman Əliyevə məxsus 55 kvadratmetr sahəsi olan mal tövləsində qəfil yanğın başlayıb. Alov qısa müddətdə güclənərək qonşuluqda yerləşən tövləyə də keçib.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı T.Əliyevə məxsus tövlə tamamilə yanıb. Tövlədə olan 28 baş xırdabuynuzlu heyvandan 20-si tələf olub, 8-i isə yanğınsöndürənlər tərəfindən xilas edilib.

Yanğın nəticəsində qonşuya məxsus tövlənin yanar konstruksiyaları da yanıb. Alov söndürülüb, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO