Kürün suyu artdı - Daha 2 kənddə torpaq sahələri su altında qaldı

Kürün suyu artdı - Daha 2 kənddə torpaq sahələri su altında qaldı

Hazırda oxunan: Kürün suyu artdı - Daha 2 kənddə torpaq sahələri su altında qaldı
609439
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdə suyun artması İmişlinin daha 2 kəndində fəsadlar törədib.

Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun daha iki kəndində pay və bələdiyyə torpaq sahələrinin su altında qalmasına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı rayonun Məmmədli bələdiyyəsi yayıb.

Bildirilib ki, rayonun Ağamalılar kəndində 40 hektar, Telişli kəndində isə təxminən 35 hektar əkin sahəsi su altında qalıb.
 

Həmçinin Əlyetməzli kəndində su altında qalan 35 hektar ərazi genişlənərək 215-ə çatıb, eləcə də 10 hektar bələdiyyə torpağı su altında qalıb.


Qeyd edək ki, Məmmədli kəndinə məxsus 5,62 hektar pay torpaq sahəsi, həmçinin Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 11 hektar əkin sahəsi də suların təsirinə məruz qalıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən mümkün risklərin qarşısının alınması istiqamətində əlavə tədbirlər davam etdirilir. (Report.az)

Kürün suyu artdı - Daha 2 kənddə torpaq sahələri su altında qaldı - foto 1
Kürün suyu artdı - Daha 2 kənddə torpaq sahələri su altında qaldı - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO