Laçın şəhərində inşa olunan kanat yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam edir.
Bu barədə AYNA-dan Bizim.Media-ya məlumat verilib.
Bildirilib ki, layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.
Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.
Ətraflı videoda:
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:05 / 23.04.2026
Laçın kanat yolunun inşası bu tarixdə tamamlanacaq – VİDEO
Hazırda oxunan: Laçın kanat yolunun inşası bu tarixdə tamamlanacaq – VİDEO
Hazırda oxunan: Laçın kanat yolunun inşası bu tarixdə tamamlanacaq – VİDEO
608843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































