Kanalizasiya qoxusundan şikayət etdiyinə görə qonşusunu ÖLDÜRDÜ

Kanalizasiya qoxusundan şikayət etdiyinə görə qonşusunu ÖLDÜRDÜ

Hazırda oxunan: Kanalizasiya qoxusundan şikayət etdiyinə görə qonşusunu ÖLDÜRDÜ

608582

Rusiyanın Omsk şəhərində kişi kanalizasiya qoxusuna görə onun sahəsindən şikayət edən qonşusuna hücum edib.

Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb.
 

İstintaqın məlumatına görə, mübahisə antisanitar vəziyyət zəminində yaranıb. Qonşulardan birinin sahəsindən kəskin kanalizasiya qoxusu gəldiyi, həmçinin çirkab suların digərinin ərazisinə axdığı bildirilir. Bu vəziyyət tərəflər arasında mübahisəyə səbəb olub.


Şikayət edilən sahənin sahibi qarşı tərəfə bıçaqla hücum edib. Yaralını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, hücum edən şəxs saxlanılıb. Ona 15 ilədək həbs cəzası verilə biləcəyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO