Tərtərdə mina partlayışında xəsarət alanların SON DURUMU 

Tərtərdə mina partlayışında xəsarət alanların SON DURUMU 

Hazırda oxunan: Tərtərdə mina partlayışında xəsarət alanların SON DURUMU 

60775

Tərtər rayonu ərazisində yol təmiri işləri apararkən mina partlayışından xəsarət alan 2 nəfərdən biri evə buraxılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə  sorğusuna cavab olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Tərtərdə mina partlayışında yaralananlar AAYDA əməkdaşlarıdır - YENİLƏNİB


Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən birinə - 1963-cü il təvəllüdlü Alışah Səfərova ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb. Digər şəxsin vəziyyəti isə kafi olaraq qiymətləndirilir, hazırda həkim müşayiəti altındadır. 

Xatırladaq ki, bu gün Tərtər rayon prokurorluğu rayonun Çaylı kəndi ərazisində iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb. 

Kənd ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO