Azərbaycanda yeni radio yaradılır - SİYAHI açıqlandı

Azərbaycanda yeni radio yaradılır - SİYAHI açıqlandı

Hazırda oxunan: Azərbaycanda yeni radio yaradılır - SİYAHI açıqlandı
60640
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda yeni radionun açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatıb və sənəd verən şirkətlər açıqlanıb.

Milli Tеlеviziya və Radiо Şurasından (MTRŞ) Bizim.Media-ya bildirilib ki, MTRŞ tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazilərində ümumrespublika radio yayımı üzrə 107,0 MHz işçi tezliyinə elan edilən müsabiqəyə sənədlərini təqdim edən şirkətlər aşağıdakılardır:

1) "Xəzər TV" MMC (radio kanalın adı: Xəzər Xəbər Radio);

2) "Real Təhlil İnformasiya Mərkəzi" MMC (radio kanalın adı: Real FM);

3) "İNS ÇM" MMC; (radio kanalın adı: İNS ÇM Radio);

4) "İsti Press" MMC (radio kanalın adı: İsti Press Radio);

5) "ProMediaGroup" MMC (radio kanalın adı: Sport Radio);

6) "Balans Studiyası" MMC (radio kanalın adı: Balans Studiyası).

Qeyd edək ki, müsabiqə üçün sənəd qəbuluna yanvarın 17-dən başlanılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO