Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO

Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO

Hazırda oxunan: Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO
605593
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Quba rayonunda normadan artıq yağıntıların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 11 minə yaxın əhalinin yaşadığı 25 kəndə gedən yol bağlanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Hadisə Quba–Qonaqkənd yolunun 42-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, təxminən 1 kilometrdən artıq ərazini əhatə edən sürüşmə səbəbindən yolun həmin hissəsindən Qonaqkənd istiqamətində hərəkət tam dayandırılıb.

Quba Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov bildirib ki, sürüşmə prosesi hazırda da davam edir və aktiv olaraq qalır. Onun sözlərinə görə, hadisə nəticəsində yol boyunca elektrik təsərrüfatına da ziyan dəyib.

Qeyd olunub ki, yolun bərpası işlərinə yalnız sürüşmə prosesi tam dayandıqdan sonra başlanılacaq.



Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO - foto 1
Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO - foto 2
Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO - foto 3
Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO - foto 4
Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO - foto 5

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO