Kürdəmir sakinindən 3 kiloqram narkotik götürüldü - FOTO

Kürdəmir sakinindən 3 kiloqram narkotik götürüldü - FOTO

Hazırda oxunan: Kürdəmir sakinindən 3 kiloqram narkotik götürüldü - FOTO
60529
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşların keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Tural Rasulov yaşadığı evin yaxınlığında saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı əynində olan gödəkçənin cibindən bir ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində isə T.Rasulovun kənd ərazisində yetişən böyürtkən kollarının arasında gizlətdiyi təmiz çəkisi 3 kiloqram 50 qram olan marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğunu və qanunsuz əməllə məşğul olduğunu etiraf edib.

Bizim.Media


Kürdəmir sakinindən 3 kiloqram narkotik götürüldü - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO