İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO

İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO

Hazırda oxunan: İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO
603756
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda davam edən intensiv yağıntı ilə əlaqədar paytaxtda işıqforlar və onların idarəetmə qurğuları fasiləsiz olaraq diqqətdə saxlanılır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, hava şəraiti səbəbindən yaranan texniki problemlər həll edilir, nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi ilə birgə informasiya mübadiləsi aparılır.
 

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edilir ki, paytaxt ərazisində yerləşən işıqforlarda hər hansı problemlə rastlaşdıqda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.


Bununla yanaşı, yollarda işıqforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman sürücülər “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsini əsas götürərək yollarına davam etməlidirlər.

İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO - foto 1
İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO - foto 2
İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO