“Avroviziya-2022”də Azərbaycanı o təmsil edəcək  

“Avroviziya-2022”də Azərbaycanı o təmsil edəcək  

Hazırda oxunan: “Avroviziya-2022”də Azərbaycanı o təmsil edəcək  
0:00
0:00
60374
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycanı İtaliyanın Turin şəhərində "Səs Azərbaycan" müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək. 

Azərbaycan nümayəndə heyətinin rəhbəri, tanınmış bəstəkar İsa Məlikov bildirib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib:

"Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışırıq. Özümüzə sadiq qalaraq, mahnı seçimində bu il də ilk növbədə onun ifaçının səsi və ifa tərzi ilə nə dərəcədə uzlaşacağına önəm verəcəyik. Seçim prosesi mart ayının 2-ci həftəsində başa çatacaq və mahnı elan olunacaq". 

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO