Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO

Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO

Hazırda oxunan: Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO
596810
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti də cəlb olunub.

Bizim.Media xəbər verir ki, əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.

Hazırda qurum tərəfindən Ağdam rayonu ərazisində işlər intensiv şəkildə davam etdirilir.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən “GCS-200” markalı kənardan idarə edilən müasir minatəmizləyən robotlarla təchiz olunub. Əməkdaşlar bu sahədə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Bundan əlavə, minatəmizləmə əməliyyatında xüsusi təlim keçmiş itlərdən də istifadə edilir.

Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO - foto 1
Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO - foto 2
Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO - foto 3
Azad olunan ərazilər minalardan belə təmizlənir – FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO