DYP-dən Aeroport yolundakı məhdudiyyətlə bağlı MÜRACİƏT – FOTO

DYP-dən Aeroport yolundakı məhdudiyyətlə bağlı MÜRACİƏT – FOTO

Hazırda oxunan: DYP-dən Aeroport yolundakı məhdudiyyətlə bağlı MÜRACİƏT – FOTO
596041
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Aeroport yolunda tətbiq ediləcək məhdudiyyətlə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, 14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində (“Buta Palace”-nin yaxınlığı) elektron məlumat-sürət tablolarının yenisi ilə əvəz edilməsi məqsədilə həyata keçiriləcək işlərlə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.
 

Məhdudiyyət 14 fevral tarixində saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metrostansiyası istiqamətində, 15 fevral tarixində isə qeyd edilən saatlarda “Koroğlu” metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində tətbiq ediləcək.


Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək.

Bundan əlavə sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO