“iPhone 18”i gözləyənlərin diqqətinə!

“iPhone 18”i gözləyənlərin diqqətinə!

Hazırda oxunan: “iPhone 18”i gözləyənlərin diqqətinə!
588810
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“iPhone 18”in baza modeli 2026-cı ildə buraxılmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb.

Belə ki, bu ilin payızında “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və qatlanan “iPhone” kimi flaqman cihazların elan ediləcəyi gözlənilir.

Standart “iPhone 18” yalnız 2027-ci ilin yazında bazara çıxarılacaq.

Bildirilib ki, bu dəyişiklik məhsul xəttinin genişlənməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin sonuna qədər “iPhone 16e”, “iPhone Air” və köhnə nəsillər də daxil olmaqla, eyni vaxtda ən azı səkkiz fərqli “iPhone” modeli satışda ola bilər.

Buraxılış siyasətindəki dəyişiklik “Apple” şirkətinə məhsulları fərqləndirməyə, daxili rəqabət olmadan hər bir modelin həyat dövrünü uzatmağa və satışları maliyyə ili ərzində daha bərabər paylamağa imkan verəcək.

Beləliklə, “Apple” şirkətinin 2026-cı ildə keçiriləcək ənənəvi sentyabr tədbiri yalnız premium seqmentə həsr ediləcək ki, bu da şirkətin strategiyasında yeni bir dövrün təcəssümü olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO