Polad Bülbüloğlu: “Laçında olan hər kəs şəhərin sürətli dirçəlişinin şahidi oldu”

Polad Bülbüloğlu: “Laçında olan hər kəs şəhərin sürətli dirçəlişinin şahidi oldu”

Hazırda oxunan: Polad Bülbüloğlu: “Laçında olan hər kəs şəhərin sürətli dirçəlişinin şahidi oldu”
583134
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mədəniyyət paytaxtları seçilərkən əsas diqqət paytaxt şəhərlərə deyil, ölkələrində böyük mədəni və tarixi maraq doğuran şəhərlərə yönəldilməlidir. Qeyd etməliyəm ki, Laçının MDB-nin Mədəniyyət Paytaxtı statusuna namizəd göstərilməsi ideyası Prezident İlham Əliyevə məxsusdur və mən hamımız adından dövlətimizin başçısına dərin minnətdarlığımı bildirmək istəyirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Parlamentin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu Laçında keçirilən “MDB-nin Mədəniyyət Paytaxtı 2025”in bağlanış mərasimində deyib.

“Laçın Azərbaycanın sərhədidir, Qarabağ torpağıdır. MDB məkanında hazırda Qarabağ torpağının dirçəldilməsi üçün gedən proseslərin düzgün başa düşülməsi çox vacib idi.

Burada olan hər kəs Laçının sözün əsl mənasında sürətli dirçəlişinin şahidi oldu. Burada hər şey dağıdılmışdı və qısa müddət ərzində Laçın bu gün Azərbaycanı MDB məkanında təmsil edir”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO