
- A-
- A
- A+
Cəmiyyət
18:23 / 17.11.2025
1 dəq oxunma
Qəbələnin Nic kəndində güclü yanğın oldu - VİDEO
Hazırda oxunan: Qəbələnin Nic kəndində güclü yanğın oldu - VİDEO
581054
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nic qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib.
Yanğınsöndürənlər tərəfindən tövlədə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları 40 m² sahədə və damına yığılmış 14 ton ot bağlamasından 10 tonu yanıb.
Tövlənin və otun qalan hissəsi, eləcə də yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































