Ayağını itirmiş qazi ilə bağlı ABSURD QƏRAR - Nazirliyin RƏSMİ MÖVQEYİ dəyişdirildi

Ayağını itirmiş qazi ilə bağlı ABSURD QƏRAR - Nazirliyin RƏSMİ MÖVQEYİ dəyişdirildi

Hazırda oxunan: Ayağını itirmiş qazi ilə bağlı ABSURD QƏRAR - Nazirliyin RƏSMİ MÖVQEYİ dəyişdirildi

58105

Daha bir qazinin əllillik təyinatında problem yaranıb. 

Aprel döyüşlərində ayağını itirmiş qazi Rizvan Famil oğlu Qarayevin müavinəti kəsilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qazi adına kimlər kölgə salmaq istəyir? - VİDEO


Sosial şəbəkələr vasitəsilə aidiyyəti qurumlara videomüraciət edən qazi onun əlillik qrupunun səbəbsiz yerə dəyişdirildiyini iddia edib: 

“Ayağımın biri yoxdur. Gedirəm beş illik qrupu dəyişdirməyə, mənə deyirlər ki, heç bir dəyişiklik yoxdur. İkinci qrup idim, yoxlamasız, komissiyasız üçüncü qrup veriblər. Təaqüdümü, pensiyamı kəsiblər”.

Qazi təqaüdünün əvvəl 350, sonradan 300 manat olduğunu qeyd edib:

“Pensiyam 606 manat idi. İndi 3-cü qrupa görə 400 olacaq. 6 aydır ki, mən 1 qəpik də almıram. Dövlət başçısı hospitalda şəxsən bizim yanımıza gəlib, məni avtomobillə,  Vitse-prezident Mehriban xanım isə protezlə təmin edib. Qızları bizimlə marafonda qaçıblar. Amma biz Sahil Babayevi tapa bilmirik”.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi Tural Qurbanov Bizim.Media-ya açıqlamasında deyib ki, Rizvan Qarayevin əlillik müddətinin başa çatması ilə əlaqədar ona müddətsiz (ömürlük) əlillik təyin edilib:

“Hacıqabul rayon sakini Qarayev Rizvan Famil oğlu 2016-ci ildə tibbi-sosial ekspert komissiyasında əyani müayinə olunarkən həmin dövrdə müvafiq ərazi TSEK tərəfindən onun əlilliyi müddətsiz (ömürlük) təyin edilməli olduğu halda, yanlış olaraq müddətli, yəni 5 il müddətinə təyin edilib”.

Qurum rəsmisinin sözlərinə görə ötən il qanunvericiliyə edilmiş humanist dəyişikliyə əsasən, təkrar əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən 6 ay ötməmiş təyin edildikdə ötürülmüş müddət əlillik dövrü hesab edilərək həmin müddət üzrə də əlilliyə görə sosial ödənişlər verilir: 

“Rizvan Qarayevə də əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən rəsmiləşdirilib. Yəni, Rizvan Qarayev müharibə əlili kimi ödənilən bütün sosial ödənişlərini həmin vaxtdan  (əvvəlki əlillik müddəti bitdiyi tarixdən) hesablanmaqla alacaq. Əlillik dərəcəsinə gəldikdə isə, həm milli, həm də ümumən beynəlxalq əlillik meyarlarında sol baldırın aşağı 1/3-i səviyyəsində amputasiyası 3-cü dərəcə əlillik təyinatını nəzərdə tutur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO