Azərbaycanda 3 rayonda icra başçısı vəzifəsi BOŞDUR

Azərbaycanda 3 rayonda icra başçısı vəzifəsi BOŞDUR

Hazırda oxunan: Azərbaycanda 3 rayonda icra başçısı vəzifəsi BOŞDUR
580272
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda Azərbaycanda icra başçısı olmayan rayonların sayı 3-dür. Bunlar Gədəbəy, Naftalan və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay rayonunda icra başçısı təyin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün vəzifəyə təyin olunan icra başçılarının DOSYELƏRİ


O.Mürsəlov 11 avqust 2022-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Dövlət başçısının digər sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göygöl rayonunda icra başçısı təyin olunub.

V.Novruzov 2019-cu ilin dekabr ayından Naftalanın icra başçısı idi. Hazırda Mürsəlov və Novruzovun yerinə təyinat yoxdur.

2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad edilib. O, 2019-cu il aprel ayının 2-dən bu postda çalışırdı. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO