Bakıya 150 ədəd 12 metrlik avtobus gətirildi – BNA 

Bakıya 150 ədəd 12 metrlik avtobus gətirildi – BNA 

Hazırda oxunan: Bakıya 150 ədəd 12 metrlik avtobus gətirildi – BNA 
57941
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi ötən il ölkə başçısı İlham Əliyev paytaxtda istisara yararsız və köhnə avtobusların yeniləri ilə  əvəzlənməsi üçün ölkəyə daha 320 avtobusun gətirilməsi ilə bağlı tapşırıq vermişdi. Hansı ki, onlardan 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar qardaş Türkiyə Respublikasının “BMC Otomativ Sənaye  Ticarət” şirkətinin istehsalıdır.

Bakı Nəqliyyat Agentliyi bu ilin əvvəllərinə kimi yeni alınan avtobusların Azərbaycanda olacağını və 170 ədəd 9 metrlik avtobusların əsasən Bakıətrafı qəsəbəblərə istismara veriləcəyini qeyd etmişdi. 

Hazırda bununla bağlı vəziyyət nə yerdədir?

Qurumun mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında avtobusların Bakı şəhərinə çatdırılması əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun olaraq davam edir:
 

MÖVZU İLƏ BAĞLI:

“Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB


“150 ədəd 12 metrlik avtobuslar artıq Bakıdadır. 9 metrlik 170 avtobusun gətirilməsinə isə qarşıdakı həftələrdə start veriləcək”. 

Qeyd edək ki, Bakıətrafı qəsəbələrdəki xətlərdə hələ də istismara yararsız və köhnə avtobuslar var. Rəsmi qurumlar Azərbaycanda avtobus parkının yenilənməsi ilə bağlı ardıcıl tədbirlərin aparıldığını bildirir. 

Konkret olaraq paytaxtın Biləcəri, Nardaran, Hövsan, Maştağa, Bilgəh, Buzovna, Zaqulba, Sabunçu, Zabrat, Qaraçuxur və Bakıxanov qəsəbələrində problemli avtobuslarla əlaqədar şikayətlərin ardı-arası kəsilmir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO