
- A-
- A
- A+
Cəmiyyət
20:40 / 02.11.2025
1 dəq oxunma
Bakıda sərxoş sərnişin avtobusun şüşəsini qırdı - FOTO
Hazırda oxunan: Bakıda sərxoş sərnişin avtobusun şüşəsini qırdı - FOTO
578531
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda sərnişin avtobusunda insident baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Qara Qarayev prospektində hərəkətdə olan 11 nömrəli marşrut avtobusunda qeydə alınıb.
Məlumata görə, içkili vəziyyətdə olan sərnişin avtobusda qeyri-etik davranış sərgiləyib və digər sərnişinlərin narazılığına səbəb olub. Onun avtobusdan endirilməsindən sonra mübahisə davam edib.
Şahidlərin sözlərinə görə, sərxoş şəxs avtobusun qapısını yumruqlayıb və nəticədə nəqliyyat vasitəsinin pəncərəsi qırılıb.
İnsidentdən sonra avtobus xətdən çıxarılıb, sərnişinlər digər nəqliyyat vasitəsinə yönləndiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və sərxoş şəxs polis şöbəsinə aparılıb. (Teleqraf.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




































































































