
- A-
- A
- A+
Cəmiyyət
11:31 / 24.10.2025
1 dəq oxunma
Gənc ofisiant bu şadlıq sarayında ölübmüş
Hazırda oxunan: Gənc ofisiant bu şadlıq sarayında ölübmüş
576961
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ötən gün Bakıda 19 yaşlı oğlanın meyitinin tapılması ilə bağlı məlumat vermişdik.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə “Şərq Saray” şadlıq sarayında baş veribmiş.
Mərhum Nurlan Əliyevin vəfat edənə qədər Nizami rayonunun Nəsimi küçəsində yerləşən həmin restoranda ofisiant işlədiyi bildirilir. Hadisə də iş yerində qeydə alınıb, onun meyiti asılmış vəziyyətdə aşkarlanıb.
“Şərq Saray”dan bildirildi ki, hadisənin adıçəkilən sarayda baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu, son günlərdə eyni restoranda baş verən ikinci hadisədir. Elə bu ayın əvvəli də orada 36 yaşlı kişi pilləkənlərdən yıxılıb ölmüşdü.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































