Sumqayıtda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi - YENİLƏNİB/VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Sumqayıtda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi - YENİLƏNİB/VİDEO
574765
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 2-ci mikrorayon, N.Nərimanov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Qüvvələrin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin 13 m² sahədə yanar konstruksiyaları yanıb, yüksək temperaturun təsirindən beşinci mərtəbədə quraşdırıılmış kondisioner mühərriki əriyib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı beşinci mərtəbənin eyvanında köməksiz vəziyyətdə qalmış 1 uşaq və 2 qadın xüsusi təyinatlı texnika - avtonərdivan vasitəsilə xilas edilib.

19:38

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının çevik müdaxiləsi alovun qarşısı alınıb.

Binadan sakinlərin təxliyəsi təmin edilir.

Yanğının səbəbləri araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO