Bakıdakı parklanma yerlərinə yeni TARİFLƏR gəlir - Saatı 50 qəpik, ya 1 manat? 

Hazırda oxunan: Bakıdakı parklanma yerlərinə yeni TARİFLƏR gəlir - Saatı 50 qəpik, ya 1 manat? 

57219

Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən 3 gün əvvəl başlayan reydlər davam edir. Dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmə təkmilləşdirilir və bu sahədə olan cərimələr sərtləşdirilir.

Ekspertlər hesab edir ki, reydlərin başlanması parkinqlə bağlı yeni plan və tariflərin müəyyənləşdirilməsinə dəlalət edir.

Hansı ki, illərdir sürücülər konkret idarəedicisi müəmmalı qalan şəxslər tərəfindən addımbaşı qanunsuz cərimə olunurlar. Yaxın gələcəkdə bu sahədə tariflər və yeniliklər “parkovka” düyününün tamamailə çözüləcəyindən xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qanunsuz parklanmalara qarşı reydlərin İLK GÜNÜ - Nə baş verir? - VİDEOREPORTAJ


Xatırladaq ki, paytaxtda dövlətin balansında 15 min “parklanma” yeri var ki, Bakı Nəqliyyat Agentliyi parkinqlərin ünvanlarını, xəritələrini və ərazilərini tariflərin olmamasına görə açıqlamır.

Sözügedən reydlər zamanı qanunsuz parklanma dəllalları ilə mübarizədən sonra, dövlətin balansında olan “parklanma” yerlərinin ünvanları və tarifləri açıqlanacaq. 

Bəs, avtomobillərimizi park etmək üçün nə qədər ödəməli olacağıq?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya bildirib ki, qanunsuz parklanmaya qarşı polisin apardığı bu tədbirlər cəmiyyətin sifarişidir.

Çünki sürücülər qanunsuz pul yığan “parkovşik”lərdən təngə gəliblər:

“Nəhayət ki, polis hərəkətə keçdi. Bu, təqdirəlayiq haldır. Dəfələrlə Bakı Nəqliyyat Agentliyi elan edib ki, Bakı şəhərində tariflər müəyyən edilənə qədər parklanma yerləri pulsuzdur. Düşünürəm ki, parklanma dəllalları yığışdırılandan sonra BNA bu sahədə qayda yarada biləcək. Bilirsiz ki, 2019-2023-cü illəri əhatə edən “Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı”nda həmçinin dayanma, durma, parklanma məsələləri də öz əksini tapıb ki, 5 il ərzində problem həllini tapmalıdır.
 

Bu gün başlayan reydlər həmin Dövlət Proqramına dəstək prosesidir. Yəqin ki, yaxın vaxtlarda parklanma probleminin həllinin şahidi olacağıq”. 


Tariflərin müəyyənləşdirilməsi məsələsinə toxunan ekspert Mərkəzi Avropa və Pribaltikadakı parklanmadan nümunə gətirib:

“Dövlətin balansında olan parklanma yerlərində avtomobillərin park edilməsinin 1 saatı 50 sentdən başlayır. Yaxşı olar ki, Azərbaycanda da parklanmaya təyin olunan məbləğ saatı 50 qəpikdən başlasın və getdikcə artsın. Ola bilər ki, bəzi qurumlar saatının 1 manatdan başlasımısı təklif edə bilərlər. Eşitdiyimə görə Bakı şəhərində zonalara görə tarifləri müəyyənləşdirmək istəyirlər.
 

Yəni, Bakının mərkəzi küçələrində parklanma tarifləri, kənar ərazilərindən fərqli olaraq bir qədər baha olacaq. Bundan əlavə tələbə görə qiymətlər tənzimlənəcək, yaxud gecə-gündüz tarifləri fərqlənəcək.


Amma mən hesab edirəm ki, bütövlükdə Azərbaycan üzrə parklanmaya görə vahid tarif təyin olunmalıdır. Bu, həm də ədalətli bölgü ola bilər. Bəlkə dövlət öz balansında olan parklanma yerlərini daha 3-4 il vətəndaşlarına pulsuz verəcək? İstənilən halda bu məsələdə qərarı hökumət verəcək. Yaxşı olar ki, parklanma dəllalları təmizlənən gündən dövlət balansında olan bu ünvanlar açıqlansın. Ümid edirəm ki, 2023-cü ilə qədər ölkədə parklanma problemi qalmayacaq”.

Amma bəzi ekspertlərin fikrincə, məsələnin başqa tərəfi də var. Məsələn, iş yerlərinin yaxınlığında və bu kimi sahələrdə gün ərzində 8-9 saat avtomobillərini parklamış sürücülər üçün vəziyyət acınacaqlı hal alacaq.

Əgər saatı hətta 50 qəpik olarsa, belə çıxır ki, sürücü bir iş günü üçün 4-5 manat parklanma xərci ödəməlidir. Çünki bundan əvvəlki təcrübədə də Bakı şəhər İcra Hakimiyyəti harada boş yer gördüsə, bir parkamat aparatı quraşdırmışdı. Ona görə də hazırkı prosesdə parklanma yerləri ödənişli və ödənişsiz olmasını müəyyənləşdirən bir iş aparılmalıdır. Əks-təqdirdə bugünə qədərki vəziyyət toya getməli olacaq. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO