Bakının daha bir küçəsi əsaslı təmir olundu – VİDEO

Hazırda oxunan: Bakının daha bir küçəsi əsaslı təmir olundu – VİDEO

57094

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən daha bir küçə əsaslı şəkildə təmir edilib. Söhbət Əlicabbar Orucəliyev küçəsindən gedir.

AAYDA-dan Bizim.Media-ya verilən məlumata görə, Əlicabbar Orucəliyev küçəsinin əsaslı şəkildə təmir olunmuş hissəsinin uzunluğu 534 metr təşkil edir.

Bəzi hissələrdə genişləndirmə aparılmaqla icra olunan təmir işləri zamanı mövcud piyada səkiləri 960 kv. metr sahədə bərpa olunub, küçə boyu hər bir tərəfdə 1 040 p/m yeni səki daşı düzülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının bu rayonunda 7 küçə təmir olunur - VİDEO


Küçənin hərəkət hissəsinə 4 500 kv. metr sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 23 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 13 baxış qapağı yenisi ilə əvəz olunub.

Son mərhələdə isə küçə zəruri yol nişanları, nişanlanma xətləri, piyada zolaqları və parklanma yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO