Ağdamda kafe yanıb külə döndü

Ağdamda kafe yanıb külə döndü

Hazırda oxunan: Ağdamda kafe yanıb külə döndü
56966
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonunun Quzanlı qəsəbəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının taxta konstruksiyalardan ibarət kafedə baş verdiyi və onun hər an kafeyə bitişik fərdi yaşayış evinə keçmə təhlükəsinin olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 40 kv.m olan kafenin 12 kv.m sahədə yanar konstruksiyaları və dam örtüyü yanıb, yüksək temperaturdan kafenin daxili arakəsmələri 5 kv.m sahədə deformasiyaya uğrayıb.

Kafenin qalan hissəsi və ona bitişik yaşayış evi yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO