Cəlilabad sakinindən qanunsuz odlu silah götürüldü

Hazırda oxunan: Cəlilabad sakinindən qanunsuz odlu silah götürüldü

55647

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini S.Məmmədovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Astara sakinindən qanunsuz odlu silah götürüldü


Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən həmçinin rayon sakinləri S.Yarıyev və S.Piriyevin isə mülki silahın daşınması qaydalarını pozduqları müəyyən edilib.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO