Uşağın döyüldüyü bağçanın 30 illik müdirindən ÖZƏL AÇIQLAMA – “Bəlkə son vaxtlar əsəbləri pozulub?”

Uşağın döyüldüyü bağçanın 30 illik müdirindən ÖZƏL AÇIQLAMA – “Bəlkə son vaxtlar əsəbləri pozulub?”

Hazırda oxunan: Uşağın döyüldüyü bağçanın 30 illik müdirindən ÖZƏL AÇIQLAMA – “Bəlkə son vaxtlar əsəbləri pozulub?”

55317

İsmayıllıda 1 saylı uşaq bağçasında körpənin tərbiyəçi tərəfindən döyülməsi ilə bağlı məsələ aktual olaraq qalır. 

Qeyd edək ki, 2019-cu il təvəllüdlü uşaq bağçanın tərbiyəçisi Zülfiyyə Baxışovadır. Bağçanın müdiri isə Qalibə Abdullayevanın olduğu bildirilib.   

Məsələ ilə bağlı tərbiyə ocağında məsuliyyətli şəxs olaraq Qalibə Abdullayeva ilə əlaqə yaratdıq.

O, Bizim.Media-ya açıqlamasında 2018-ci ildən etibarən yaşı ilə əlaqədar bağça müdiri vəzifəsində çalışmadığını, 1 saylı körpələr evində baş verənlərin artıq ona aid olmadığını deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bağçada tərbiyəçi körpəni döydü - Ürəyi zəif olanlar baxmasın! - VİDEO


Qalibə Abdullayeva həmçinin sözügedən bağça ilə bağlı mediada adının müdir kimi təqdim olunmasından da narahatlığını ifadə edib:

“Bu dəqiqə elə onun əsəbini keçirirəm. Adım boş yerə hallanır. 2018-ci ilin avqust ayından həmin bağçadan yaşımla əlaqədar işdən azad olunmuşam. Hal-hazırda həmin bağçaya Tükəzban Cavanşir qızı Məmmədova rəhbərlik edir. Mən 30 il həmin bağçada müdir işləmişəm və çalışdığım dövrdə bir dəfə də olsun fəaliyyətimlə bağlı mənfi fikir formalaşmayıb. Adımın mediada getməsindən çox əsəbləşmişəm və lazimi tədbirləri görəcəyəm”.

Qalibə Abdullayevanın sözlərinə görə sözügedən bağça vaxtilə rayonda sayılıb seçilən və öndə gedən məktəbəqədər təhsil müəssisələrindən biri olub:

“O bağçanı təkcə rayon deyil, respublika səviyyəsində tanıtmışam. Tükəzban xanımı da qınamıram, çünki onun bağça ilə heç bir əlaqəsi olmayıb. Gəncdir və işi bilmir. Gərək işi biləsən. İşlədiyim dövrdə bağçadakı qrupların hər birinə gün ərzində bəlkə 40 dəfə girib-çıxırdım. Uşaqları valideynlərinə təhvil verənə qədər nəzarət edirdim”.

Keçmiş bağça müdiri qeyd edib ki, uşağı döyən tərbiyəçi Zülfiyyə Baxışova ilə 25 il bir yerdə çalışıb:

“Zülfiyyə 1969-cu ildəndir. Bağçanın ən ağıllı və fəal tərbiyəçilərindən olub. Barəsində mənfi fikir deyə bilmərəm, çanki pis işini görməmişəm.  Bəlkə son vaxtlar əsəbləri pozulub? Təsəvvürümə gətirməzdim ki, o, belə bir hərəkət edər. İş orasındadır ki, uşaq onun bacısının nəvəsidir”.
 

Qeyd edək ki, şiddət görən 2019-cu il təvəllüdlü uşağın ailəsi öz qohumları olan tərbiyəçi Zülfiyyə Baxışovadan şikayətçi olmayıb. Zülfiyyə Baxışova körpənin anasının xalasıdır.


Döyülməyə məruz qalan uşağın anası İsmayıllı Rayon İcra Hakimiyyətində məsləhətçi işləyir. Atası isə rayon peşə məktəbində direktor müavinidir.

Videonu isə həmin bağçaya təcrübə keçmək üçün göndərilən Peşə Texnologiya Kollecinin ikinci kurs tələbəsi çəkib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO