Arvadını bıçaqlayan şəxsin apellyasiya şikayəti TƏMİN EDİLMƏDİ

Arvadını bıçaqlayan şəxsin apellyasiya şikayəti TƏMİN EDİLMƏDİ

Hazırda oxunan: Arvadını bıçaqlayan şəxsin apellyasiya şikayəti TƏMİN EDİLMƏDİ
55222
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabadda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyevin cinayət işi apellyasiya şikayəti təmin edilməyib.

Bizim.Media-nın xəbərinə görə, bu barədə qərar Şirvan Apellyasiya Məhkəməsində elan olunub.

Qeyd edək ki, 2020-ci ilin iyul ayının 26-da Cəlilabad rayon Uzuntəpə kənd sakini Elnur Əliyevin yaşadıqları evdə arvadı Natavan Nəsirovaya bıçaqla xəsarət yetirib.

Faktı ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin materiallarının rayon prokurorluğu tərəfindən öyrənilməsi zamanı E.Əliyevin arvadı N.Nəsirovanı qəsdən adam öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 128-ci maddəsindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilərək rayon prokurorluğunun icraatına götürülüb.

E.Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd edilən maddə ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əliyev 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO