DİQQƏT: Bu yollarda hərəkət MƏHDUDLAŞDIRILIR

DİQQƏT: Bu yollarda hərəkət MƏHDUDLAŞDIRILIR

Hazırda oxunan: DİQQƏT: Bu yollarda hərəkət MƏHDUDLAŞDIRILIR

53556

Bu gün saat 12:00-dan axşam saatlarına qədər paytaxtın əsas prospektlərindən birində hərəkət məhdudlaşdırılacaq. 

Bizim.Media xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidməti məlumat yayıb.

Belə ki, Ziya Bünyadov prospektinin "Koroğlu" qovşağından "20 Yanvar" dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tunelə giriş bağlanacaq. 

Səbəb olaraq ərazidə aparılan işıqlandırma sistemlərinin təmiri göstərilir.

“Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə qurumdan bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO