Ukraynanın "Donbass" batalyonunun döyüşçüsü Yevgeni Şevçenko Qorlovka ərazisində Ukrayna desantçılarının müvəffəqiyyətli əməliyyatından danışıb.
ANS PRESS-in məlumatına görə, Şevçenko hərbçilərin əməliyyat zamanı ərazidən 46 çeçen muzdlu döyüşçüsünün əsir götürdüyünü bildirib.
"Hazırda Qorlovka bizim qayğıkeş desantların nəzarəti altındadır. Bu günün nəticələri - Qafqaz milliyyətindən olan 46 nəfər könüllü olaraq əsir düşüb. Onlar hamısı Çeçen respublikasının nümayəndələridir", - deyə Şevçenko bildirib.
Xatırladaq ki, Sçastiyanın alınmasından sonra bir çox separatçılar təslim olaraq könüllü əsir düşüblər.
Onların arasında həmçinin Batya ləqəbli "səhra komandiri" də var.
































































































