Saatlıda ikimərtəbəli ev yandı

Saatlıda ikimərtəbəli ev yandı

Hazırda oxunan: Saatlıda ikimərtəbəli ev yandı

51261

Saatlı rayonunda yanğın olub.

Bizim.Media-nın Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.

Kənd sakini Abıyev Çingiz Ərzulla oğluna məxsus ümumi sahəsi 187 kvadratmetr olan ikimərtəbəli yaşayış evi yanıb.

Yanğın evin dam örtüyündə başlayıb, daha sonra ikinci mərtəbəyə keçib. Ev içindəki əşyalarla birlikdə yanaraq tam yararsız hala düşüb.

Alov Ç.Abıyevin qardaşı Cavid Abıyevin də yaşadığı hissəyə keçib.

Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. İlkin ehtimala görə evin dam örtüyündə qısa qapanmanma yanğına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO