FHN-dən yaşayış binasında yerləşən restorandakı yanğınla bağlı AÇIQLAMA - VİDEO

FHN-dən yaşayış binasında yerləşən restorandakı yanğınla bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: FHN-dən yaşayış binasında yerləşən restorandakı yanğınla bağlı AÇIQLAMA - VİDEO

50978

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu ərazisində (Rəşid Behbudov küçəsi) yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Bizim.Media-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda restoranda yanğın oldu, bir qadın boğuldu - ÖZƏL - FOTO/VİDEO


Yanğın nəticəsində üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 120 m² olan restoranın tüstü bacası 10 p.m, elektrik kabeli 8 p.m və binaya bitişik, sahəsi 6 m² olan restorana məxsus köməkçi tikili (taxta konstruksiyalardan ibarət) yanıb.

Restoranın qalan hissəsi, bitişik digər obyektlər və bina yanğından mühafizə olunub.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO