Milli Qəhrəman Əliyar Əliyevin oğlu:

Milli Qəhrəman Əliyar Əliyevin oğlu: "Atamın doğum günüdə qəbrini ziyarət etməyə gəlmişik”

Hazırda oxunan: Milli Qəhrəman Əliyar Əliyevin oğlu: "Atamın doğum günüdə qəbrini ziyarət etməyə gəlmişik”
0:00
0:00
50608
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür. Yaşasaydı bu gün onun 64 yaşı olacaqdı. Lakin o, qısa və şanlı həyatı ilə ömürlük Azərbaycan xalqının qəlbində yaşayır.

Bizim.Media olaraq Əliyar Əliyevin oğlu Emin Əliyevlə əlaqə saxladıq.

O, Qubadlıda, doğma torpaqlarında olduğunu bizə xəbər verdi:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Atamın da ruhu şad olsun. Hazırda biz rayonumuzdayıq. Atamızın qəbrini bu doğum günündə ziyarət etməyə gəlmişik”.

Qeyd edək ki, Əliyar Əliyar 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində doğulub. Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının 2 kilometrliyində olub.

“Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev qəhrəmancasına şəhid olub. Milli Qəhrəman Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Əliyar Əliyevə Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Səkinə Yusibli, Bizim.Media

Milli Qəhrəman Əliyar Əliyevin oğlu:
Milli Qəhrəman Əliyar Əliyevin oğlu:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO