Azərbaycanda bəzi rayonlar ləğv edilə bilər - Coğrafiya İnstitutundan TƏKLİF

Azərbaycanda bəzi rayonlar ləğv edilə bilər - Coğrafiya İnstitutundan TƏKLİF

Hazırda oxunan: Azərbaycanda bəzi rayonlar ləğv edilə bilər - Coğrafiya İnstitutundan TƏKLİF
50414
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanda bəzi rayonların ləğv edilməsini təklif edir.

Bizim.Media xəbər verir ki, İnstitutun baş direktoru Zakir Eminov APA-ya müsahibəsində bu barədə bildirib.

Onun sözlərinə görə, mövcud şəraitdə rayonlarda icra hakimiyyəti strukturları demək olar ki, heç bir iş görmürlər. 

“Hansı inzibati rayonda hansı işi görmək lazımdır ki, rayonun mərkəzi hökumətdən dotasiyası az olsun. Yeni müəssisələrin tikilməsi, xidmət sahələrinin yaradılması lazımdır. Yalnız mərkəzi hökumət nəyə icazə verir, nəyə pul ayırır, bunun üçün işləyirlər.

Ərazi bölgüsünün problemi yoxdur, idarəetmədə problemlər var. Sədərək rayonunda cəmi 3, Xızı rayonunda 6-7, yeni yaradılan Kəngərli rayonunda 7 kənd var. Məsələn, Lerik rayonunda 161 kənd var, amma kəndlərin əhalisinin sayı azdır.

Samux, Xızı, Qobustan, Sədərək rayonlarının xırda bölgüsünə ehtiyac yoxdur. Onlar iqtisadi cəhətdən özünü doğrultmur, çünki bu rayonların idarə olunması üçün dövlət tərəfindən kifayət qədər vəsait işlənir. Belə halda onları birləşdirmək olar.

Azərbaycanda 14 iqtisadi rayon ayrılıb, onların bəziləri kifayət qədər böyükdür. Həmin rayonlar vilayət və ya əyalət kimi ola bilər. İdarəetmə strukturunu təkmilləşdirmək, bəzi rayonların ləğv edilməsi məsələsinə baxmaq lazımdır”, - deyə Zakir Eminov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO