Cəbrayılda polisə tabe olmayan sərxoş sürücü HƏBS EDİLDİ - FOTO

Cəbrayılda polisə tabe olmayan sərxoş sürücü HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Cəbrayılda polisə tabe olmayan sərxoş sürücü HƏBS EDİLDİ - FOTO
50379
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən yerinə yetirilən tədbirlər zamanı qanunlara məhəl qoymayaraq, tabesizlik göstərən sərxoş sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları Balyand kəndi ərazisindəki stasionar postda prosedur qaydalarına uyğun olaraq “Mersedes” markalı yük avtomobilinə baxış keçirmək məqsədilə “Saxla” işarəsi veriblər.

Həmin şəxs qanuni göstərişə məhəl qoymayaraq, Cəbrayıl rayonu istiqamətində hərəkəti davam etdirib.

Təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin avtomobilin saxlanılması təmin edilib.

Aparılan araşdırmalarla sürücünün Abşeron rayon sakini Elşən Abbasov olduğu və sərxoş vəziyyətdə avtomobili idarə etdiyi müəyyən edilib.

E.Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati həbs edilib və bir il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO