Rüşvət üstündə tutulan jurnalist ev dustaqlığına niyə BURAXILMADI? – Vəkildən AÇIQLAMA

Hazırda oxunan: Rüşvət üstündə tutulan jurnalist ev dustaqlığına niyə BURAXILMADI? – Vəkildən AÇIQLAMA

47802

Rüşvət alarkən yaxalanan və hazırda Kürdəxanı təcridxanasında saxlanılan “Azadinfo.az” saytının rəhbəri Mahir (Xəttab) Ələkbərov barəsində olan həbs qəti imkan tədbiri ilə bağlı verilən qərardan şikayətə baxılıb. 

Bu barədə Bizim.Media-ya Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov bildirib. Vəkil jurnalistin ev dustaqlığına buraxılmadığını deyib:

“Həbsin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsadətimiz təmin olunmadı. Bu gün hazırlıq iclası idi və yekunlaşdı. Növbəti və sonuncu məhkəmə dekabrın 10-a təyin olundu. Mahir Ələkbərov barəsində seçilən 3 ay həbsin müddəti dekabrın 9-da bitir”.

Vəkil qeyd edib ki, jurnalist az ağır cinayətə görə ittiham olunmasına,  qarşı tərəfə dəymiş ziyanı ödəməsinə və ilk dəfə məhkum olunmasına baxmayaraq məhkəmədə bu məqamlar nəzərə alınmayıb.

Xatırladaq ki, Mahir Ələkbərov(Xəttab) sentyabrın 9-da axşam saatlarında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO