Təhsil Nazirliyində operativ qrup yaradıldı – Nə ilə məşğul olacaq?

Təhsil Nazirliyində operativ qrup yaradıldı – Nə ilə məşğul olacaq?

Hazırda oxunan: Təhsil Nazirliyində operativ qrup yaradıldı – Nə ilə məşğul olacaq?
46269
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Payız-qış mövsümü ilə əlaqədar noyabrın 1-dən respublikanın dağ və dağətəyi ərazilərində, 15-dən isə digər bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesinə başlanılıb.  

Bizim.Media xəbər verir ki, ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün Təhsil Nazirliyində operativ informasiya qrupu yaradılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Məktəblərdə payız tətili olacaq? – Təhsil Nazirliyindən AÇIQLAMA


Bu qrup məktəblərin istiliklə təchizatında qeydə alınan  məsələlərlə məşğul olacaq.

Nazirliyin 146-1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 146-0 Çağrı Mərkəzləri ilə əlaqə yaratmaqla və yaxud qurumun rəsmi “Whatsapp” xidmətinə (051 206 78 48) yazmaqla operativ qruplara müraciətləri yönləndirmək mümkündür.  

Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 62 faizində istilik mərkəzləşdirilmiş qaydada, digər hissəsində isə müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) təmin olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO