Doğum gününə bir gün qalmış şəhidlik zirvəsinə ucalan əsgər

Doğum gününə bir gün qalmış şəhidlik zirvəsinə ucalan əsgər

Hazırda oxunan: Doğum gününə bir gün qalmış şəhidlik zirvəsinə ucalan əsgər
44283
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moderator.az-a daxil olan məlumata görə, Füzuli istiqamətində hərbi tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində şəhid olan əsgər Seyfəddin Kərimov bu gün son mənzilə yola salınıb. Dəfn mərasimdinə Gəncə şəhər rəhbərliyi, hərbiçılər, hərbi orkestr və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin fəallarının “Şəhidlər ölməz, Vətən bölünməz”, “Vətən sağolsun!” şüarları və yaylım atəşlərinin sədaları ilə cəsur əsgər Seyfəddin Kərimov torpağa tapşırıldı, ruhuna dualar oxundu.
Qeyd edək ki, 1995-ci ildə Gəncə şəhərində dünyaya gələn Seyfəddin Kərimov Yunan-Roma güləşi üzrə 3 dəfə Azərbaycan çempionu olub. İdmanı həyatının ayrılmaz hissəsi hesab edən Kərimov dost-tanışları arasında və şəhərin idman həyatında böyük hörmət qazanıb.

Sabah 19 yaşının tamam olduğu ən fərəhli günündə Seyfəddin Kərimov şəhidlik zirvəsində özünə yer aldı.


Doğum gününə bir gün qalmış şəhidlik zirvəsinə ucalan əsgər Doğum gününə bir gün qalmış şəhidlik zirvəsinə ucalan əsgər Doğum gününə bir gün qalmış şəhidlik zirvəsinə ucalan əsgər Doğum gününə bir gün qalmış şəhidlik zirvəsinə ucalan əsgər
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO