DYP-dən sürücülərə piyadalarla bağlı XƏBƏRDARLIQ 

Hazırda oxunan: DYP-dən sürücülərə piyadalarla bağlı XƏBƏRDARLIQ 

43448

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi piyadalara yol verməyən sürücülərə xəbərdarlıq edib. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin Bizim.Media-ya verdiyi məlumata görə, aparılan müşahidələr baş verən yol-nəqliyyat hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadavurma hadisələrində sürücülərin əməlində təqsir daha çoxdur. 

Onun sözlərinə görə, bəzi sürücülərin tələskənliyi və məsuliyyətsizliyi ucbatından ağır faciələrə səbəb olan yol-nəqliyyat hadisələri baş verir:
 

“Hər bir sürücü piyadalara münasibətdə qanunvericiliyin tələblərinə uyğun rəftar etməlidir. A. Əsgərli bildirib ki, sürücü nizamlanmayan piyada keçidinə daxil olan piyadaya və yol ayırıcından sağa və sola dönərkən, dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir.


Əks təqdirdə, bu, inzibati məsuliyyət yaradır. “Sürücülər unutmamalıdır ki, “Yol Hərəkəti Haqqında Qanun” onların üzərinə hadisədən maksimum yayınmaq üçün öhdəlik qoyub. Yəni, sürücünün idarəetmədə diqqəti olduqca önəmlidir. Sürücüləri bu tələblərə əməl etməyə və bədbəxt hadisələrə zəmin yaratmamağa çağırırıq. Kiçik bir diqqətsizlik sürücünün həyatını zülmətə çevirə bilər. Qaydalara əməl edək, özümüzü bədbəxt hadisələrdən qoruyaq", - deyə o vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO