Jurnalist Elnur Əşrəfoğlunun sağlamlıq vəziyyəti necədir? - SON MƏLUMAT

Jurnalist Elnur Əşrəfoğlunun sağlamlıq vəziyyəti necədir? - SON MƏLUMAT

Hazırda oxunan: Jurnalist Elnur Əşrəfoğlunun sağlamlıq vəziyyəti necədir? - SON MƏLUMAT

42272

Bir aydan çoxdur COVİD -19 xəstəliyindən “Yeni Klinika”da müalicəsi davam edən Elnur Əşrəfoğlunun vəziyyəti ağırlaşıb. 

Bu barədə Bizim.Media-ya açıqlamasında jurnalistin qardaşı Rəşad Şükürov bildirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Elnur Əşrəfoğlunun anasından Mehriban Əliyevaya MÜRACİƏT – “Ümidimiz sizədir” 


O, qeyd edib ki, qardaşının vəziyyəti barədə səhər saatlarında həkimlər ailə üzvlərinə bildiriblər.

“Hər səhər həkimlər bizə Elnurun vəziyyəti barədə məlumat verirlər. Bu gün onlar bildiriblər ki, Elnurun səhhətində heç bir irəliləyiş yoxdur, vəziyyəti daha da ağırlaşıb. Demək olar ki, kritik həddədir, Saturasiya və təzyiqi çox aşağıdır”.
 

Qeyd edək ki, koranavirusa yoluxan jurnalist bir müddət evdə müalicə alıb, daha sonra vəziyyəti ağırlaşdığından xəstəxanaya yerləşdirilərək ECMO cihazına qoşulub.  


Lakin onda mütəmadi qanaxma başladığından oktyabrın 11-də həkimlər onu cihazdan ayırıb. 

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO