Xırdalanda çoxmərtəbəli binada yanğın oldu - FOTO

Hazırda oxunan: Xırdalanda çoxmərtəbəli binada yanğın oldu - FOTO

40642

Xırdalan şəhərində çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən yaşayış binasının 11-ci mərtəbəsinin eyvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, "112" qaynar xətt nömrəsinə sözügedən binada yanğın olması barədə məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda ikimərtəbəli ev yandı - ev sahibi və gəlini xəsarət aldı


Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.

Qurum rəsmisi qeyd edib ki, qısa müddətdə alovun qarşısı alınıb, yanğın digər mənzillərə keçməyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO