Bakıda ikimərtəbəli ev yandı - ev sahibi və gəlini xəsarət aldı

Hazırda oxunan: Bakıda ikimərtəbəli ev yandı - ev sahibi və gəlini xəsarət aldı

36960

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin (hər mərtəbəsi 120 m²) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, yanğın zamanı ev sahibi yanıq xəsarəti, gəlini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO