Rafael Cəbrayılovun ölüm səbəbi AÇIQLANDI - RƏSMİ 

Rafael Cəbrayılovun ölüm səbəbi AÇIQLANDI - RƏSMİ 

Hazırda oxunan: Rafael Cəbrayılovun ölüm səbəbi AÇIQLANDI - RƏSMİ 
39483
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Penitensiar xidmət Rafael Cəbrayılovun ölümü ilə bağlı məlumat yayıb. 

Xidmətdən Bizim.Media-ya daxil olan məlumatda deyilir: 

"Vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunan Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib. 

Qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan Rafael Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınmışdır. 

Bundan sonra Rafael Cəbrayılovdan "COVID-19" infeksiyasına qarşı test nümunələri götürülmüş və nəticəsi pozitiv çıxıb. 

Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina edən 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən Rafael Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün "Yeni Klinika" xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO