Sabahdan hava kəskin dəyişir - XƏBƏRDARLIQ 

Sabahdan hava kəskin dəyişir - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Sabahdan hava kəskin dəyişir - XƏBƏRDARLIQ 

38510

Bakıda və Abşeron yarımadasında sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var, gündüz tədricən kəsiləcək. 

Sentyabrın 26-sı səhər şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir. 

Azərbaycan rayonlarında sentyabrın 26-sı gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal-şərq rayonlarında isə güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. 

Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25 m/s, Kürvadisi rayonlarında arabir 30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO