Müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi başlayır

Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi başlayır

0:00
0:00
37013

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminə bu gün saat 11:00-da start veriləcək. 

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, sentyabrın 17-si saat 11:00-dək davam edəcək vakansiya seçimində namizədlərə 4 vakant yer seçmək imkanı veriləcək. 
 

Vakansiya seçimində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.


Vakansiya seçimi prosesində iştirak edən namizədlərə elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik. 

Qeyd edək ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Həmçinin tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO