
- A-
- A
- A+
Televiziya və radioların fəaliyyəti DAYANDIRILDI - SƏBƏB
Azərbaycanın televiziya və radio kanallarının növbəti kompleks profilaktikası həyata keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədəu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən bildirilib.
Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən bu gün saat 06:00-dan növbəti kompleks profilaktika işlərinə start verilib.
Kompleks profilaktika texniki tələbdir və onun aparılmasında məqsəd, bütün yayım avadanlıqlarında, onların anten-fider sistemlərində müvafiq test-yoxlama, sazlama, təmir-bərpa və digər profilaktik işlərin aparılmasından ibarətdir.
Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































