Erməni təcavüzü nəticəsində dəyən maddi ziyanın həcmi – RƏSMİ

Hazırda oxunan: Erməni təcavüzü nəticəsində dəyən maddi ziyanın həcmi – RƏSMİ

35552

Ermənistan təcavüzü nəticəsində Azərbaycana nə qədər zərərin dəyməsi həm 44 günlük müharibədən əvvəl, həm də sonra aktual olub. 

Bədnam qonşularımızın torpaqlarımızı işğalı nəticəsində on minlərlə insanın öldürülməsi, sağlamlığını itirməsi, itgin düşməsi, yurd-yuvasından köçkün düşməsi ilə yanaşı ölkəmizə 100 milyard dollarla ölçülən maddi ziyan dəyib.

Qeyd edək ki, bu ziyanın məbləği ilə bağlı müxtəlif ekspertlər, mllət vəkilləri tərəfindən müxtəlif rəqəmlər açıqlanıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri üzrə Dövlət Xidmətinin rəsmi saytında maddi ziyanla bağlı siyahı yerləşdirilib.

Bizim.Media həmin siyahını təqdim edir:

Yaşayış məntəqələri – 900

Evlər – 150 000

İctimai binlar – 7000

Məktəblər – 693

Uşaq baxçaları - 855

Tibb müəssisələri – 695

Kitabxanalar - 927

Məbədlər - 44

Məscidlər – 9

Tarixi abidələr, saraylar və muzeylər - 423

Muzey eksponatları – 40 000

Sənaye və kənd təsərrüfatı müəssisələri - 6000

Avtomobil yolları – 2670 km

Körpülər -160

Su kommunikasiyaları – 2300 km

Qaz kommunikasiyaları – 2000 km

Elektrik xəttləri – 15 000 km

Meşələr – 280 000 ha

Kənd təsərrüfatı üçün yararlı torpaqlar – 1 000 000 ha

İrriqasiya sistemləri – 1200 km.

İşğal nəticəsində dəyən maddi ziyan təxminən 300 milyard ABŞ dollarından çox həcmdə qiymətləndirilib.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO