Vaksin vurdurmaq üçün canlı növbə ləğv olundu - SƏBƏB 

Vaksin vurdurmaq üçün canlı növbə ləğv olundu - SƏBƏB 

Hazırda oxunan: Vaksin vurdurmaq üçün canlı növbə ləğv olundu - SƏBƏB 

34229

COVID-19-la mübarizə tədbirləri çərçivəsində vaksinasiya prosesinin sürətləndirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə 16 iyul 2021-ci il tarixdən “Yeni Klinika” tibb mərkəzində canlı növbə əsasında peyvəndlənmə prosesinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. 

Qeyd olunub ki, son günlər virusa yoluxma sayında artımın müşahidə edilməsi, eyni zamanda canlı növbələr zamanı yaranan sıxlıqlar nəzərə alınaraq 26.08.2021-ci il tarixdən etibarən canlı növbə randevu sistemi ilə əvəz ediləcək:
 

MÖVZU İLƏ BAĞLI:

30 yaşdan yuxarı hər kəsə üçüncü doz vaksin vurulacaq 


“26.08.2021-ci il tarixdən rendevu.its.gov.az saytına daxil olaraq öncədən qeydiyyatdan keçməklə "Yeni Klinika” tibb mərkəzində peyvənd olunmaq üçün (Coronovac və Pfizer) növbə götürə bilərsiniz.

Qeyd olunanları nəzərə alaraq peyvənd olunmaq üçün yalnız rendevu.its.gov.az saytından növbə götürərək tibb müəssisəsinə müraciət etməyinizi xahiş edirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO