İnformasiya Texnologiyaları üzrə ixtisas qəbuluna BAŞLANDI 

İnformasiya Texnologiyaları üzrə ixtisas qəbuluna BAŞLANDI 

Hazırda oxunan: İnformasiya Texnologiyaları üzrə ixtisas qəbuluna BAŞLANDI 

33907

ABB-nin yaratdığı Tech Akademiyasına artıq yeni qəbul başlanıb.

İnformasiya texnologiyalarına dəstək fonunda bir neçə istiqamətlər üzrə tələbələrə proqramlaşdırma bilikləri verən ABB Tech Akademiyasında peşəkar biliklər tələb edən növbəti iki yeni proqram «Maşın öyrənmə-2» və «Proqram təminatı mühəndisliyi» sahələri üzrə kadr hazırlığı həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, akademiyaya qəbul olmaq istəyən şəxslər üçün www.abbtech.az   rəsmi internet səhifəsi və ya ABB Innovation Facebook səhifəsində qeyd olunan link vasitəsilə 18 Avqustdan etibarən onlayn ərizə qəbulu başlayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Abituriyentlər ən çox bu ixtisasları seçir - SİYAHI


Akademiyanın ümumilikdə 343 nəfərdən ibarət məzun və tələbə bazası mövcuddur.

ABB Tech Akademiyasından “Back-end”, “Front-end”, “Web və Mobil Tətbiqlərin Yazılımı”, “Kibertəhlükəsizlik və Sistem İnzibatçılığı”, “DATA Analitikası”, “DevOps”, “Maşın öyrənmə-1”, “QA Avtomatlaşdırma mühəndisliyi” sahələri üzrə 300 nəfərə yaxın tələbə məzun olmuşdur. Hal-hazırda isə “Rəqəmsal Marketinq” və “UI/UX dizayn” istiqamətləri üzrə 54 tələbə təhsilini davam etdirməkdədir.

Proqramların ödənişli olmasına baxmayaraq yüksək nəticə göstərən tələbələrin təqaüd əldə etmək fürsəti də mövcuddur.

Bununla bağlı ətraflı məlumatı akademiyanın rəsmi internet səhifəsində “tez-tez verilən suallar” bölməsindən əldə edə mümkündür.

Tədris prosesi beynəlxalq təcrübəli mütəxəssislər tərəfindən İsrailin məşhur TELEM metodikası əsasında İsrail-Ukrayna şirkəti olan “DAN.IT” təhsil mərkəzinin  metodoloji dəstəyi ilə həyata keçirilir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO