İran casuslarına hökm oxundu – Hansı cəza verildi?

İran casuslarına hökm oxundu – Hansı cəza verildi?

Hazırda oxunan: İran casuslarına hökm oxundu – Hansı cəza verildi?
0:00
0:00
32718
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət ittihamı ilə həbs edilən 1984-cü il təvəllüdlü Caməmməd Abubəkirov və 1988-ci il təvəllüdlü Heydər Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, proses hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutub.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə Camməmməd Abubəkirov 16 il 6 ay, Heydər Məmmədov isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məlumata görə, adı çəkilən şəxslər Azərbaycanda yerləşən məscidlər, kilsələr və digər ibadət mərkəzləri ilə bağlı əldə etdikləri məlumatları İran xüsusi xidmət orqanlarına çatdırıblar.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO